Baz nazir Artur Rasizadə Təhsil Nazirliyinin nəzdində yeni idarənin yaradılması haqqında qərar imzalayıb

img

14-01-2010 [07:31]


Baş nazir Artur Rasizadə yanvarın 13-də Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılması haqqında qərar imzalayıb. Qərarda bu, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrasının təmin edilməsi məqsədilə izah olunur. Qərara əsasən, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupun bazasında yaradılır. Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yerləşdirilməsi məsələsini həll etməli, idarənin strukturunu və xərclər smetasını hər il Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiqləməlidir. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA