ilham Əliyev Bakı buxtasında tikilən quru yük liman məntəqəsində olub

img

14-01-2010 [07:25]


Yanvarın 14-də prezident İlham Əliyev Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olub.AzərTAc xəbər verir ki, burda tikintiyə 2008-ci ilin may ayında başlanıb. Məntəqədən yalnız quru yüklər daşınacaq. Obyektin tikintisindən başlıca məqsəd ekologiyanı sağlamlaşdırmaqdan, sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən və ölkədən yük daşımalarının həcmini artırmaqdan ibarətdir. İndiyə qədər liman məntəqəsində quru yüklərin boşaldılması üçün 6 körpünün inşası başa çatdırılıb. Təmirə dayanacaq gəmilərin yuyulub təmizlənməsi üçün 4 körpü də artıq hazır vəziyyətdədir. Liman məntəqəsində yüklərin yığılması üçün çoxsaylı anbarların tikintisi də yekunlaşdırılıb. Məntəqəyə çəkilən dəmir yolu da işlək vəziyyətdədir. ?Paris Kommunası? adına gəmi təmiri zavodunun bir hissəsinin köçürülməsi üçün 4 gəminin yan ala biləcəyi 250 metr uzunluğunda körpünün tikintisi isə davam edir. Liman məntəqəsində inzibati binanın tikintisi başa çatmaq üzrədir, burada tamamlama işləri aparılır. Həmçinin bu gün Prezident İlham Əliyev Dənizkənarı Milli parkdakı Yaxt-klubda aparılan yenidənqurma işləri ilə tanış olub. Prezident İlham Əliyev Yaxt-kluba gəldi. Dövlətimizin başçısına burada aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Yaxt-klub Dənizkənarı Milli parkın ümumi ansamblına uyğun tikilmiş yaraşıqlı binalardan biridir. Bu binanın layihəsi orijinallığı ilə seçilir. Prezident İlham Əliyev binanın yenidən qurulması layihəsi ilə tanış oldu. Dövlətimizin başçısına təmir işlərinin gedişi və istifadə olunan tikinti materialları barədə məlumat verildi. Qeyd olundu ki, bu materiallar ən müasir standartlara cavab verir və binanın dizaynını daha da zənginləşdirəcəkdir. Hazırda yenidənqurma tədbirlərinə əsasən Yaxt-klubun ərazisi də genişləndirilir. Aparılan yenidənqurma tədbirlərindən sonra Yaxt-klub daha yaraşıqlı görkəm alacaq və burada yüksək səviyyəli qonaqların qəbulu, habelə müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait olacaqdır. Bu obyektdə aparılan əsaslı yenidənqurma işləri, eyni zamanda, bütövlükdə ölkədə idmanın, o cümlədən yelkənli qayıq idmanının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam etmiş, bütün sosial və infrastruktur layihələri ardıcıl olaraq həyata keçirilmişdir. İşlərin gedişi göstərir ki, Yaxt-klubda 2009-cu ildə başlanmış əsaslı yenidənqurma işləri də uğurla başa çatacaqdır. Dövlətimizin başçısı yenidənqurma işləri ilə tanışlıqdan sonra tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA