Lənkəran-Astara ərazisi üzrə əhalinin hüquqlarının müdafiə komitəsi yaradılır

img

14-01-2010 [02:55]


?Son vaxtlar ölkəmizin əksər ərazilərində əhalinin hüquqlarının pozulması halları hələ də davam edir. Ölkə başçısına şikayətlər edilsə də, şikayətlərə baxılmır və ya sərf edilən şəkildə problemə yanaşılır. Məhz buna görə Azərbaycanın adı beynəlxalq təşkilatların hesabatlarında mənfi sıralarda yer alır. Bir müddət öncə Bakı və Bakıətrafı kəndlərin hüquqlarının müdafiə komitəsi yaratdıq. İndi isə qərara gəlmişik ki, Lənkəran-Astara ərazisi üzrə əhalinin hüquqlarının müdafiə komitəsi yaradaq?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri hüquq müdafiəçisi Ələkbər Məmmədov keçirdiyi mətbuat konfransında elan edib. Onun sözlərinə görə, adıçəkilən komitənin sədri Talıb Əliyev, sədr müavini özü və nümayəndəsi isə Xüdababış Şükürovdur: ?Heç kimə sirr deyil ki, hökumət əhaliyə panislamizm və müxalifətçi kimi adlar qoymaqla onların söz azadlığını əllərindən alır. Bir müddət öncə Naxçvanın Bənəniyarlı kəndində baş verən hadisələrdən bir daha aydın oldu ki, belə bir komitənin yaradılmasına ehtiyac var. Bizim əsas işimiz bu ərazidə baş verən problemləri KİV vasitəsilə ictimaiyyətin nəzərinə çatdırmaq olacaq?. Komitə sədri Talıb Əliyev isə övladının Qarabağ əlili olduğunu və ona qanuni olaraq düşən torpaq sahəsini ala bilmədiyini vurğuladı: ?Oğlum Qarabağ əlilidirvə eyni zamanda idmançı olub. Pensər kəndində torpağın bir sotu 6 min manata satılır. Yəni pulu olan istəyi yerdən torpaq sahəsi ala bilər. Dəfələrlə oğlumun adına torpaq almaq istəsəm də, mənə imkan verilməyib. Hətta məsələ ilə bağlı Astara Rayon İcra hakimiyyətinə də getmişəm. Lakin mənim qarşımı kəsiblər və deyiblər ki, sənin pulun yoxdusa, biz sənə heç yerdən torpaq vermərik. Burada Qarabağ əlilinə hörmət etmirlər. Oğlum balaca telefon butkası götürmək istəyir, ondan 80 manat pul istəyirlər. Məgər Qarabağ döyüşlərində vuruşmuş oğlana torpaq sahəsi düşmür? Nəzərinizə çatdırım ki, 1994-2009-cu illərdə təkcə Pensər kəndindən 18 nəfər hərbi xidmət zamanı həlak olub. Bunlardan 13-ü dedovşinanın qurbanı olub. Tələb etmişdik ki, sökülmüş məktəbin ərazisinin yerində şəhidlər xiyabanı tikilsin. Lakin aldığımız məlumata görə, artıq həmin ərazi satılıb və orada restoran və ya kafe tikmək istəyirlər?. T.Əliyev onu da bildirib ki, Pensər kəndində qaz çəkiliş ilə bağlı müəyyən anlaşılmazlıqlar yaranıb: ?Pensər kəndində hazırda qaz çəkilir. Lakin bizi düz əməlli başa salmırlar ki, bu smeta dəyərində olmalıdır, yoxsa öz cibimizdən verməliyik. Astarada Kakolos kəndində yerləşən Seyid Camələddin türbəsində ildə 80 min manat pul yığılır. İnanın ki, aşura günlərində orada adam əlindən yer tapmaq olmur. Lakin yığılan bu puldan heç bir problemi həll etmək üçün səy göstərilmir. Türbədən yığılan pullar oraa başçı təyin edilən Həzrətqulu Məmmədovun cibinə gedir. Qaz çəkilişi ilə bağlı ona müraciət etsək də, heç bir kömək etmədi?. Pensər kənd sakinin sözlərinə görə, Astaranın meşə zolağı ciddi şəkildə talan edilir: ?Astaranın meşə təsərrüfatında adları ?Qırmızı kitab?a düşmüş nadir ağaclardan olan dəmirağac, qırmızı və qoz ağacları, palıd ağacları kəsilərək odun kimi Ələkbər Həmzəyev tərəfindən xarici ölkələr satılır. Bundan əlavə, bizdə işsizlik başa alıb gedir. Burada nəyin ki işləmək, hətt nökərçilik etmək üçün də iş yoxdur. Bütün cavanlarımız avara, bekar qalıblar. Bizdə gün ərzində 40 qəpik güclə qazanmaq olur. Çay sahələri məhv edilərək, adi torpaq sahəsi kimi satılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA