Həftə sonuna doğru havalar soyuyacaq; bəzi yerlərə qar yağacaq

img

14-01-2010 [02:36]


Yanvarın 14-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Müstəqil İnformasiya Adentliyinə verdiyi məlumata görə, həftəsonuna doğru havalar soyuyacaq. Belə ki, yanvarın 15-də paytaxt və yarmadada hava buludlu olacaq, arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi, gündüz cənub-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 4-6? isti, gündüz 8-11? isti olacaq. Yanvarın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. 15-dən 16-na keçən gecə bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında, axşam bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 5-7? isti olacaq. Yanvarın 17-də də hava şəraitinin buludlu, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 1-3? isti, gündüz 3-5? isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 15-də gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Gündüz hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6? isti, gündüz 8-12? isti, dağlarda gecə 3? şaxtadan 2?-dək isti, gündüz 4-7? isti olacaq. Yanvarın 16-da gecə və səhər bəzi yerlərdə duman, çiskinli, az yağıntılı olacağı, 17-də isə əksər rayonlarda yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şimal küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1? şaxtadan 4?-dək isti, gündüz 8-10?, 17-də 4-7? isti, dağlarda gecə 0-5? şaxta, gündüz 2-5? isti, 17-də 0-3? şaxta olacaq. Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişli olsa da, tutqun və rütubətli hava bəzi meteohəssas insanlarda nisbətən narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA