"Facebook" istifadəçilərini pulsuz anti-virusla təmin edəcək

img

14-01-2010 [12:08]


?Facebook? sosial şəbəkəsi dünyanın ikinci ən iri antivirus və antixaker proqram təminatı istehsalçısı olan ?McAfee? şirkəti ilə saziş imzaladığını bəyan edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, saziş nəticəsində 350 milyon ?Facebook? istifadəçiləri ?McAfee?dən ?Internet Security Suite? proqramının altı aylıq test versiyasını pulsuz əldə edəcək və test müddəti bitəndən sonra həmin antivirus proqramının tam versiyasını endirimlə almaq imkanı qazanacaqlar. Qeyd edək ki, ?Facebook? və ?McAfee? birgə internet-proqram da hazırlayıblar. Bu proqram sosial şəbəkənin istifadəçilərinin xaker hücumu əlamətləri göstərən kompüterləri ?müayinə? edəcək və təmizləyəcək. Bu proqram da pulsuz təqdim olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA