Misir Mərdanov ali məktəblərin adambazına maliyyələzməyə keçəcəyini bəyan etdi

img

14-01-2010 [11:50]


Gələn dərs ilindən Azərbaycanın bütün ali məktəblərində adambaşına maliyyələşməyə keçiləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Dünya Bankı bu layihəyənin həyata keçməsi üçün kredit ayırmağa da hazırdır. Nazir deyib ki, ali təhsil müəssisələrində adambaşına hər tələbəyə düşən vəsaitlər bir-birindən fərqlənir: ?Son bir neçə ildə ali məktəblərə dövlət büdcəsindən ayrılan vəsait davamlı olaraq artır. Son iki ildə ali məktəblərin büdcəsi hər il 2 dəfə artıb. 2003-cü illə müqayisədə isə bu artım 5 dəfədən çox olub. Misir Mərdanov qeyd edib ki, hazırda ali məktəblərə büdcədən ayrılan vəsait 121 milyon manat təşkil edir.Biz istəyirik ki, bu fərqlər obyektiv olsun və ayrılan vəsaitlər səmərəsiz xərclənməsin. Əsas məqsədimiz odur ki, ali təhsilə ayrılan vəsaitlər təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etsin?. M.Mərdanov onu da vurğulayıb ki, Litvanın Azərbaycanda səfərdə olan təhsil və elm nazirinin, Dünya Bankının, Azərbaycan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin nümayəndələrinin iştirakı ilə sözügedən məsələylə bağlı bir neçə gün ərzində müzakirələr aparılacaq və müvafiq qərar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA