Vasif Talıbov ?Şöhrət? ordeni ilə təltif edildi

img

13-01-2010 [06:36]


[b]Sabah Vasif Talıbovun 50 yaşı tamam olur[/b] Prezident İlham Əliyevin sərəncamına əsasən Vasif Yusif oğlu Talıbov13 yanvar 2010-cu il tarixində ?Şöhrət? ordeni ilə təltif edilib. Ölkə başçısı V.Talıbova Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə bu ada layiq görüb. Qeyd edək ki, V.Talıbov 1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. İqtisad elmləri namizədi, dosentdir. Rus dilini bilir. 1981-ci ildən Şərur rayonunun Dəmirçi kənd orta məktəbində müəllim, 1982-ci ildən Naxçıvan trikotaj paltarları fabrikində kadrlar üzrə təlimatçı, xüsusi şöbənin rəisi işləmişdir. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA