Abdulla Gül: ?Ya bu səhvi düzəldərlər, ya da sabah ilk təyyarə ilə səfirimiz geri gələr?

img

13-01-2010 [04:10]


Türkiyə prezidenti Abdulla Gül İsraillə yaşanan diplomatik böhranla bağlı açıqlama verib. Prezident problemin məsuliyyətsiz bir adamın işi olduğunu, ancaq yenə də İsrailin məsuliyyət daşıdığını söyləyib. Güd İsrailə bu gün axşama qədər vaxt verdiklərini də vurğulayaraq deyib ki, ?Ya bu səhvi düzəldərlər, ya da sabah ilk təyyarə ilə səfirimiz geri gələr?. Səfirin məsləhətləşmələr üçün geri çağırılması dipomatik qaydalarda ən sərt etiraz addımlarından biridir. Türkiyə XİN-dəki mənbələr bildiriblər ki, İsraildəki səfir Oğuz Çelikqol müzakirələr üçün geri çağırılarsa, bir daha geri dönməyə bilər. O halda yeni səfir təyinatı İsrailin davranışından asılı olacaq. Bu arada İsrailin baş naziri Benyamin Netanyahunun rəsmi açıqlaması artıq Türkiyə XİN-ə daxil olub. Məlumatlara görə, XİN hazırda həmin açıqlamanı araşdırır və yaxın saatlarda mövqeyini bildirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA