Soyadların milliləzdirilməsini AiDP də dəstəkləyir

img

13-01-2010 [03:20]


Soyadların milliləşdirilməsi ilə bağlı müzakirələr genişlənməkdədir. Bəziləri bu təklifi və bu istiqamətdə yaradılmış komissiyanın işini birmənalı olaraq dəstəkləyir, bəziləri əleyhinə çıxır, bir qism insan isə bu prosesi müəyyən çərçivədə həyata keçirməyin tərəfdarı kimi çıxış edirlər. Qeyd edirlər ki, bu proses məcburi ola bilməz, kim istəyirsə soyad sonluğunu dəyişdirə bilər. Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı da təklifi dəstəkləyənlər sırasındadır: ?Təbii ki. mən də bu məsələni dəstəkləyirəm. Çünki mən özüm də rəsmi olaraq soyadımı dəyişdirmişəm. Onu da nəzərinizə çatdırım ki, mən əslində Abbas soyadı götürmək istəyirdim, amma müvafiq instansiya buna imkan vermədi. Ona görə də ?Abbaslı?nı seçəsi oldum. Bir sözlə bu fikirdəyəm ki, gec-tez bu məsələ köklü şəkildə həllini tapmalıdır. Amma bəzi təkliflərim və iradlarım var?. AİDP sədri də hesab edir ki, soyad sonluqlarının dəyişdirlməsi məcburi qaydada dəyişdirilə bilməz: ?Mənə elə gəlir ki, öncə bu işin təbliğatı aparılmalıdır və insanlara onun əhəmiyyəti başa salınmalıdır, vətəndaşlar psixoloji olaraq hazırlanmalıdır. Digər tərəfdən zənnimcə, bu prosesi ikitərəfli aparmaq olar. Yəni insanlara başa salınmalıdır ki, yeni doğulan körpələrə milli soyad sonluğu seçilsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA