Elmira Süleymanova Kəmaləddin Heydərov, Səfər Əbiyev, Elçin Quliyev və Zakir Həsənova müraciət edib

img

12-01-2010 [06:45]


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova hərbi hissələrdə əsgər və zabitlər üçün hüquqi maarifləndirmə tədbirləri keçirmək üçün Müdafiə və Fövqəladə Hallar nazirləri, Dövlət Sərhəd Xidmətinin rəisi və Daxili Qoşunların komandanıdına müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə məqsəd əsgər və zabitlərin yaşayış və xidmət şəraiti, asudə vaxtlarının səmərəli təşkili üçün görülmüş işlər, göstərilən tibbi xidmət, qidalanma rejimi, həmçinin hərbi qulluqçular arasında Nizamnaməyə uyğun rəftarın vəziyyəti ilə tanış olmaq, Ombudsmanın hüquq və səlahiyyətlərini onlara izah etmək, insan hüquqları sahəsində fəaliyyəti barədə məlumat verməkdir. Müraciətdə 2010-cu ildə qeyd olunan istiqamətdə birgə tədbirlərin keçirilməsini təklif edilib. Hüquqi maarifləndirmə tədbirlərinin bütün hərbi hissələrdə keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA