Sabahdan əhaliyə "donuz qripi"nə qarzı vaksinlər vurulacaq

img

12-01-2010 [05:33]


H1N1 pandemik qripə qarşı vaksinlər ölkəmizə çatdırılıb. Artıq sabahdan etibarən GlaxoSmithKlein şirkəti tərəfindən istehsal edilmiş H1N1 pandemik qripə qarşı inaktivləşdirilmiş vaksinlərin paylaşdırılmasına başlanacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ilkin mərhələdə gətirilən vaksinlər əsasən risk qrupuna daxil olan vətəndaşlara könüllü olaraq vurulacaq. Hökumət səhiyyə işçilərini, güc strukturlarını və bir sıra risk qrupuna daxil olan vətəndaşları vaksinləri qəbul edəcək birinci qrup kimi nəzərə alır. Bu, onları yoluxmadan qorumaq və pandemik qripin hökm sürdüyü dövr ərzində səhiyyə sisteminin işləməyə və tibbi xidmət göstərməyə davam etmək iqtidarında olmasını təmin etmək məqsədi daşıyır. Hökumət, xroniki xəstəlikləri olan şəxslərin və hamilə qadınların da birinci növbədə vaksinlə təmin edilməsini nəzərdə tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA