Gənclər Təhsil Nazirliyi ilə birgə ali məktəblərdə imtahanların monitorinqini aparacaq

img

12-01-2010 [05:29]


?Tələbələrin Beynəlxalq Əməkdaşlığı? İctimai Birliyi özəl ali məktəblərdə imtahanların monitorinqini aparacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Təhsil Nazirliyi ilə əldə olunmuş razılığa əsasən təşkilatın monitorinq qrupunun üzvləri Nazirlik nümayəndələri ilə birlikdə ali məktəblərdə keçirilən imtahanlarda iştirak edəcəklər. Sememstrin sonunda monitorinqin nəticələri ilə bağlı hesabat hazırlanacaq və ictimaiyyətə məlumat veriləcəkdir. Monitorinqə yanvarın 13-də rəsmən start veriləcək. Xatırladaq ki, ?Tələbələrin Beynəlxalq Əməkdaşlığı? İctimai Birliyi qış semestri ilə əlaqədar ?Qaynar Xətt? xidməti təşkil edib (Telefon: 012 417 23 16, email: qaynarxett@gmail.com). Tələbələr semestr ərzində problemləri ilə bağlı ?Qaynar Xətt?ə müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA