Erməni ailəsinin Azərbaycana keçməsi ilə bağlı bağlı arazdırma aparılır

img

11-01-2010 [06:02]


Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə bildirib ki, erməni ailəsinin Azərbaycana keçməsi ilə bağlı bağlı araşdırma aparılır. Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır və ictimaiyyət əlavə məlumat veriləcək. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan vətəndaşı 1958-ci il təvəllüdlü Yeqişe Petrosoviç Qevorkyan həyat yoldaşı və üç azyaşlı uşağı ilə birgə (7, 6 və 3 yaşlı) ?Eraz? markalı avtomobillə erməni sərhədçilərinin əmrinə tabe olmayaraq sərhəd çəpərini qıraraq Naxçıvana keçib. Erməni sərhədçiləri maşında 2 azyaşlı uşağın olduğunu nəzərə alaraq atəş açmayıblar. Erməni tərəfinin məlumatına görə, Azərbaycan tərəfi maşını atəşə tutub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, E. Qevorkyan quldurluq və oğurluğa görə 8 dəfə məhkumluq həyatı yaşayıb. Baş vermiş hadisə ilə bağlı beynəlxalq humanitar təşkilatlar məlumatlandırılıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Hadisənin detalları müəyyənləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA