Qərbi Azərbaycan Mühacir hökuməti yaradılır

img

11-01-2010 [04:36]


Bu gün Müasir Müsavat Partiyasının (MMP) yeni qərargahında Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası ilə MMP İdarə Heyətinin birgə toplantısı keçirilib. MMP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda bir müddət öncə İrəvan Mühacir hökumətinin və Qərbi Azərbaycan İcmasının yaradılması üçün təşkil edilmiş işçi qrupunun hesabatı dinlənilib. Sonra hesabatın müzakirəsi aparılıb və qərara alınıb ki, Qərbi Azərbaycan Mühacir hökumətinin yaradılması üçün bütün bölgələri əhatə edən Qərbi azərbaycanlıların statistik siyahısı çıxarılsın və tezliklə onların ağsaqqalları ilə görüşlər keçirilsin, həmçinin, müvafiq işlər görülsün.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA