AiDP Bənənyardan baz verən olaylardan narahatdır

img

11-01-2010 [02:29]


Culfanın Bənənyar kəndində baş verən olaylar Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) narahat edir. Bu barədə partiyanın sədri hacı Tahir Abbaslı Müstəqil İnformasiya Agentliyinə məlumat verib. Onun sözlərinə görə, islamçı demokratları ən çox narahat edən hadisələrin məhz bələdiyyə seçkilərindən sonra baş verməsidir. Onun fikrincə, baş verənlərin müəmmalı saxlanılması, açıqlamaların ziddiyətli olması onu göstərir ki, bu məsələ əvvəlcədən planlaşdırılıb. AİDP sədrinin fikrincə burada bir neçə məqsəd güdülür: ?Seçki saxtakarlığının, Qarabağ problemi, ölkə daxili və xarici siyasətdə uğursuzluğun, iqtisadi böhranın ört basdır olunması, Rusiya və Qərb qarşısındaki hesabat və eləcədə əsas rəqib kimi görünən sağlam düşüncə sərgiləyən dindarların hədəfə götürülməsi. Bu hadisənin ən qaranlıq məqamı isə AXCP funksenerinin cərayanın mərkəzində olmasıdır. Biz İslamçı Demokrat olaraq vətəndaşlarımızdan, xüsusən dini ayinləri yetərincə yerinə yetirənlərdən istəyimiz budur ki, Qarabağ probleminin demokl qılıncı kimi xalqımızın və dövlətçiliyimizin başı üstündə olduğu bir vaxtda ehtiyatlı olsunlar. Fikir və düşüncələrini ancaq Qarabağ probleminin həlli istiqamətində yönəltsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA