Bakıda tikintidə faciə baz verdi: 3 fəhlə binadan yıxılaraq öldü

img

11-01-2010 [01:08]


Bakıda tikintidə üç nəfərin ölümü ilə nəticələnə faciə baş verib. Nəsimi rayon Prokurorluğundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə bu gün saat 10.30 radələrində Bakı şəhəri, Neftçilər prospektində qeydə alınıb. Verilən məlumata görə, ?Paşa İnşaat?ın tikinti işləri apardığı ərazidə 3 nəfər fəhlə işlədikləri hündür mərtəbəli binadan yıxılıblar. Yıxılanlardan Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Abuzərov və Ağdam rayon sakini, 1976-cı il təvəllüdlü Vasif Hümbətov yerindəcə dünyasını dəyişib, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Ağadadaş Əsədov isə xəstəxanaya aparılarkən yolda ölüb. Hazırda hadisə yerində Nəsimi rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır. Prokuroluqdan onu da bildirdilər ki, araşdırmalar başa çatandan sonra ətraflı məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA