TQDK Şəkidə qəbul imtahanlarının elmi-statistik təhlilinə dair zona müzavirəsi keçirir

img

11-01-2010 [12:58]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Şəki şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müşavirədə TQDK-nın şöbə müdiri Arzu Bağırov, Şəki regional bölmənin müdiri Səbuhi Hüseynov, Komissiyanın əməkdaşları, ekspertləri, eləcə də Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak edirlər. Tədbirdə TQDK-nın şöbə müdiri Arzu Bağırov qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib. O, öz çıxışında ötən il Şəki şəhər məktəblərini 2107 şagird bitirib və onların 1686 nəfəri attestat aldığını söyləyib. Attestat alanların 68.80 faizi (1160 nəfəri) qəbul imtahanlarında iştirak edib və 364 məzun (imtahanda iştirak edənlərin 31.38 faizi) tələbə adını qazanıb. Təhlillərə əsasən, ötən ilki qəbul imtahanlarda Ağdaş rayonundan 39, Ağsudan 29, Oğuzdan 28, Balakəndən 34, İsmayıllıdan 45, Qaxdan 27, Qəbələdən 51, Zaqataladan 47, Zərdab rayonundan isə 27 məktəbin məzunları iştirak edib. Ağdaş məktəblərindən 114 məzun, Ağsudan 31, Oğuzdan 110, Balakəndən 33, İsmayıllıdan 156, Qaxdan 136, Qəbələdən 247, Zaqataladan 151, Zərdabdan isə 52 məzunu tələbə adını qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA