Daxili orqanlarında Azərbaycana narkotik keçirən iranlı öldü

img

10-01-2010 [05:28]


Asan qazanc əldə etmək istəyi İran vətəndaşının öz tamahının qurbanına çevrilməsinə səbəb olub. Narkotik vasitələri daxili orqanlarında Azərbaycana keçirməyə nail olan 31 yaşlı İran İslam Respublikasının vətəndaşı Bani Səffari Behruz Rəhman oğlu Azərbaycanın Astara rayonun Ərçivan kəndində ölüb. İran İslam Respublikasının Astara şəhərindən olan şəxs 8 yanvar tarixində İrandan Azərbaycanın Astara rayonuna keçib. Həmin gün rayonun Ərçivan kənd sakini Hüseynov Salman Vəliməmməd oğlunun evində qalıb. Səhərisi gün onun səhhəti birdən-birə pisləşib. Ev sahibləri təcili tibbi yardım çağırıblar. Saat 23:45-də təcili yardımın həkimləri artıq onun öldüyünü bildiriblər. ANS PRESS-ə verilən məlumata görə, ölümün səbəblərini araşdırmaq üçün meyid Məhkəmə Tibbi Ekspertizasına aparılıb. Müayinə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gözləmədikləri mənzərinin şahidi olublar. Belə ki, meyidin bağırsaqlarından 8 ədəd sellofana bükülü, mədəsindən 118 ədəd sellofana bükülü və 1 ədəd açıq bükülü aşkar edilib. İlkin rəyə görə, İran vətəndaşının ölümünə səbəb də elə açılmış bükülü olub. Bükülülər Məhkəmə Kimyəvi Ekspertizaya təqdim edilib. Ekspertizadan sonra həmin maddələrin narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı müəyyən ediləcək. Astara rayon prokurorluğunun müstəntiqi Anar Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Bani Səffari Behruz Rəhman oğlunun daxili orqanlarından ümumilikdə 340 qram narkotik vasitə çıxarılıb. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır. Ekspertizanın rəyindən sonra müvafiq maddəyə əsasən cinayət işi açılacaq və İran vətəndaşının Azərbaycanda kimlərlə əlbir olduğu və işlədiyi araşdırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA