Milli Məclis təhsillə bağlı yeni qanun layihələri hazırlayır

img

09-01-2010 [08:01]


?Milli Məclis 2009-cu ilin payız sessiyasında qarşısına qoyduğu məqsədə nail olmaq üçün xeyli iş görüb. Azərbaycan iqtisadiyyatının, elminin, mədəniyyətinin, sosial sahənin inkişafı üçün lazım olan vacib qanunlar qəbul edilib?. Bu sözləri Milli Məclisin elm və təhsil komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva deyib. G.Baxşəliyeva bildirib ki, deputatlar payız sessiyası ərzində təkcə qanunvericilik işləri ilə məşğul olmayıb: ?Deputatlarımız dövlətlərarası, xüsusilə parlamentlərarası əlaqələrin inkişafında da fəal olublar. Beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edən Milli Məclisin üzvləri ölkəmizin, xalqımızın milli maraqlarına xidmət edən məsələləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmış, onların diqqətini problemin həllinə yönəldiblər?. G.Baxşəliyeva onu da qeyd edib ki, təmsil olunduğu komissiyanın üzvləri parlamentin 2010-cu il yaz sessiyasında da fəallıq göstərəcək, cəmiyyətimiz üçün vacib qanunların hazırlanmasına və qəbuluna çalışacaq: ?Hazırda komissiyanın üzvləri əlaqədar təşkilatlarla birlikdə ?Elm haqqında? və ?Dövlətin elmi-texniki siyasəti haqqında? və digər qanun layihələri üzərində çalışırlar. Yəqin ki, bu qanunlar növbəti yaz sessiyasında müzakirəyə çıxarılacaq. Çünki bu gün qarşıda duran əsas məqsəd Azərbaycan elmini dünya elmi səviyyəsinə qaldırmaq və inteqrasiya etməkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA