Daxili izlər naziri Ramil Usubov hüquq müdafiəçilərini qəbul edib

img

09-01-2010 [07:53]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 9-da Hüquq Müdafiə Təşkilatları Monitorinq qrupunun üzvləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə ilə görüşüb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə DİN mətbuat xidmətindən daxil olub. Verilən məlumata görə, görüşdə nazir ötən il ərzində daxili işlər orqanlarının fəaliyyəti, gördüyü işlər, gələcək planlar və insan hüquq və azadlıqlarının pozulması ilə bağlı cəzalandırılan polis əməkdaşları haqqında məlumat verib.. Məlumat üçün bildirək ki, hüquq müdafiəçiləri yanvarın 8-də baş prokuror Zakir Qaralovla da görüşüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA