Məleykə Abbaszadə: ?2010-cu ilin qəbul qaydaları bu ay elan olunacaq?

img

09-01-2010 [12:53]


Bu gün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasında Şəki regional bölməsində elmi-metodiki seminarlar keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, jurnalistlərə açıqlama verən Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, fənlər üzrə elmi-metodik seminar daimi olaraq keçirilir: ?14 il ərzində bu seminarlar keçirilib və keçirilməklədir. Bu seminarlarda əsasən Bakı və Sumqayıt şəhərinin müəllimləri, əksər vaxtlarda isə rayonlardan da müəllimlər gəlib keçirilən seminarlarda iştirak edir. Müəyyən vaxtlarda biz səyyar seminarlar keçirib, regionlardakı müəllimlərlə görüşlər təşkil edirdik. İnformasiya texnologiyaları bizə şərait yaradır ki, keçən il yaradılmış daimi regional şöbəmizlə Naxçıvanda, Şəkidə, Gəncədə, Qubada və Lənkəranda elmi-metodik seminarlara regionda çalışan, yüksək göstəricisi olan müəllimləri cəlb etsin. Göründüyü kimi, texnologiyaları coğrafi yerləşmənin məsafəsindən asılı olmayaraq, eyni vaxtda fikir mübadiləsi aparmaq, müxtəlif mövzularda təşkil olunmuş müzakirələrdə iştirak etmək imkanı yaradır. Bu gün keçirilən seminar ilk bağlantıdır və biz bunu sınaqdan keçirdik. İlk bağlantımız Şəki şəhəri ilə oldu. Belə avadanlıqlar alınıb, bütün regionlarda quraşdırılacaq?. M.Abbaszadə keçirilən sınaq imtahanlarına da öz fikrini bildirərək deyib ki, sınaq imtahanlarına mart ayında keçirilməsi gözlənilir. TQDK sədri onu da qeyd edib ki, 2010-cu ilin qəbulu qaydaları bu ay elan olunmalıdır. Onun sözlərinə görə, ?Təhsil haqqında? qanun qəbul edildikdən sonra Nazirlər Kabineti qanunun icrası ilə bağlı xüsusi normativ sənədlər qəbul etməlidir: ?Biz gözləyirik bu sənədlər qəbul edilsin. Ondan sonra TQDK bu ay ərzində ali məktəblərə qəbul qaydalarını elan edəcək. Qəbul qaydalarında indiyədək ali məktəblərə hazırlaşan abituriyentlərə təsir edəcək xüsusi dəyişiklik yoxdur. Biz adətən qəbul qaydalarında gözlənilən dəyişikləri təxminən 2 il əvvəl elan edirik. Sonra isə bu dəyişikliyi addım-addım tətbiq edirik. İki il əvvəl elan etmişdik ki, rus dili xarici dil kimi tətbiq ediləcək. Əvvəlcə biz bu dili I qrupda tətbiq etdik. Bu ildən isə rus dili xarici dil kimi II və III qruplarda da tətbiq ediləcək. Proqramda edilən dəyişiklər isə ?Abituriyent? jurnalının birinci nömrəsində çap ediləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA