Azərbaycan Azadlıq meyarı üzrə 100 mümkün baldan 25-ni toplayıb

img

08-01-2010 [07:51]


Azərbaycan 2010-cu ilin "Həyat keyfiyyəti İndeksi" üzrə (Quality of Life Index 2010) 51 balla 194 ölkə arasında 139-cu yeri tutub. "İqtisadi forum" jurnalı bu barədə dünyanın nüfuzlu nəşrlərindən sayılan "İnternational Living" jurnalının tərtib etdiyi ölkələrin reytinq cədvəlinə istinadən xəbər verir. Jurnalın reytinq cədvəli həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə 194 ölkə arasında aparılmış araşdırmaları əhatə edib. Hər bir sahə 100 ballıq sistemlə qiymətləndirilib. Ən yüksək göstəriciyə 82 balla Fransa liderlik edib. Avstraliya 81 balla ikinci, İsveçrə üç, Almaniya dörd, Yeni Zelandiya isə 79 balla beşinci olub. Bu ölkələrin hamısı azadlıq və ictimai təhlükəsizlik sahələrindən maksumum bal (100) yığıb. Keçmiş SSRİ ölkələri arasına Baltikyanı ölkələr həmişəki kimi digərləri ilə müqayisədə yüksək göstərici əldə ediblər. Litva 22, Estoniya 32, Latviya isə 40-cı yeri tutub. Litvada azadlıq və ictimai təhlükəsizlik sahələri maksumum bal yığıb. MDB ölkələri arasında ən yüksək götəricini 65 balla 55-ci yeri tutan Moldova göstərib. Gürcüstan 98-ci (56 bal), Ermənistan 101-ci (56 bal), Belorus 109-cu (54 bal), Rusiya 111-ci (54 bal), Tacikistan 134-cü (51 bal), Qırğızıstan (51 bal) isə 138-ci yeri tutub. Siyahıda 51 balla 139-ci yeri tutan Azərbaycan MDB ölkələri arasında ancaq Özbəkistan (49 balla 148-ci yer), Qazaxıstan (48 balla 155-ci yer) və Türkmənistanı (46 balla 162-ci yer) qabaqlayır. Azərbaycan ən yüksək qiyməti ekologiya sahəsində (71 bal) alıb. Ölkəmiz ictimai təhlükəsizlik sahəsində 64, iqlimdə 62, mədəniyyətdə 60, iqtisadiyyatda 50, həyat səviyyəsində 48 bal toplayıb. Səhiyyə və infrastruktur sahələrndə toplanmış ballar eyni - 40 bal olub. Azərbaycanın ən aşağı qiyməti azadlıq sahəsi üzrə olub. Bu sahədə ölkə 100 mümkün baldan cəmisi 25 bal toplaya bilib. Azadlıq səviyyəsi göstəricisinə görə Azərbaycan 194 ölkə arasında 162-ci yeri tutub. Azadlıq meyarı üzrə Moldova və Gürcüstan 50, Rusiya və Qırğızıstan 42, Ermənistan 33 bal toplayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA