Polis sürücülərin 20 yanvar metrostansiyasının yaxınlığındakı aksiyasını dağıtdı

img

08-01-2010 [07:33]


Bu gün saat 19:00 radələrində Nəqliyyat Nazirliyinin əməkdaşlarının 20 yanvar metrostansiyasının yaxınlığındakı ərazidə olan avtomobillərin nömrələrini sökmələri etiraza səbəb olub. Hadisə yerində olan Müstəqil İnformasiya Agentliyinin əməkdaşının bildirdiyinə görə avtomobillərinin nömrəsinin sökülməsinə etiraz edən sürücülər Bakı-Sumqayıt yolunu bağlamağa cəhd ediblər. Qısa müddət ərzində ərazidə nəqliyyatın hərəkəti iflic olub. Hadisə yerinə polis gəlib və Nəqliyyat Nazirliyinin əməkdaşlarından şikayət edən sürücüləri döyərək dağıdıb. Qeyd edək ki, baş verən hadisə ilə maraqlanan Müstəqil İnformasiya Agentliyinin əməkdaşı da fiziki zorakılığa məruz qalıb. Hadisənin mahiyyətinin ictimayyətə çatdırılmasını istəməyən Nəqliyyat Nazirliyinin əməkdaşları jurnalistin sürücülərlə ünsiyyətdə olmasına və məlumat toplamasına imkan verməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA