Baz Prokuror Zakir Qaralov hüquq müdafiəçiləri ilə görüzdü

img

08-01-2010 [06:10]


Bu gün Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov hüquq müdafiəçıləri ? Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlını qəbul edib. Respublika Prokurorluğunun mətbuat xidmətindən verilən məumata görə, görüşdə baş prokuror Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində ölkə prezidenti tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi, köklü islahatların aparılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ilə bağlı əldə edilmiş nailiyyətlərdən, həmçinin prokurorluq orqanları ilə qeyri-hökumət təşkilatları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi barədə məlumat verib. Qəbula, eyni zamanda açıq və səmərəli əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edən hüquq müdafiəçiləri Azərbaycanda məhkəmə sistemi və prokurorluq orqanlarında həyata keçirilən islahatlar və görülən işləri, onun müsbət nəticələrini təqdirəlayiq hesab edərək, təmsil etdikləri qurumun bu sahədə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə qarşılıqlı münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA