Azərbaycan ərazisində təhlükəlı küləkli hava zəraiti olacaq

img

08-01-2010 [04:00]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın günlərə rzində ölkədəki hava şəraiti ilə bağlı məlumat yayıb, Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 08-dən 09-na keçən gecə və səhər hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 7-12 m/s, gündüz arabir 14 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 9-12 dərəcə isti olacaq. Yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 18-23 m/s-dək, gündüz yarımadanın bəzi yerlərində 25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-14 dərəcə isti təşkil edəcək. Yanvarın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək, axşam şimal-qərb küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında isə çiskinli olacağı ehtimalı var. Şərq küləyinin sürəti 3-8 m/s, gündüz cənub-qərb küləyinin sürəti 7-12 m/s olacaq, axşama doğru arabir 15-20 m/s-dək, dağlıq ərazilərdə isə 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yanvarın 10-11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir Cənub-qərb küləyinin sürəti 5-10 m/s, yanvarın 10-da ayrı-ayrı yerlərdə 15-20 m/s-dək, arabir 23-25 m/s-dək, bəzi dağlıq ərazilərdə isə 28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq da verib. Belə ki, yanvarın 09-10-da cənub-qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək, bəzi dağlıq ərazilərdə 28 m/s-dək güclənəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA