Hökumətdən səlahiyyət həddini azan məmurları ciddi zəkildə cəzalandırmaq tələb olundu

img

08-01-2010 [03:42]


Son günlər Azərbaycanda konstitusiya və qanunların hüquqi gücünün itirilməsi ölkədə şəxsi iradə ilə idarə etməyə, bu isə öz növbəsində özbaşınalıqlara gətirib çıxarıb. Bu vəziyyət faktiki olaraq mərkəzi hökumətin nəzarətindən çıxarılmış Naxçıvan Muxtar Respublikasında daha dözülməz vəziyyət yaradıb. Belə ki, son günlər feodal dərəbəylik üsulları ilə vətəndaşların cəzalandırılması Muxtar Respublikanın Bənəniyar kəndində ağır nəticələrə səbəb olan ictimai narazılığa gətirib çıxarıb. Müstəqil İnformasitya Agentliyinin xəbərinə görə, bu fikirlər Azərbaycan Demokrat Partiyasının Naxçıvan MR-in Bənəniyar kəndində baş verənlərlə bağlı bəyanatında qeyd olunur. ADP bu vəziyyəti qətiyyətlə pisləyir, bu cür halların bütünlükdə Respublikada destablizasiya və xalqın üsyanına gətrib çıxaracağından narahatçılığını ifadə edir. ADP hökuməti səlahiyyət həddini aşan məmurları ciddi şəkildə cəzalandırmağa, Respublikanın bütün ərazilərində, o cümlədən Naxçıvan Muxtar Respublikasında mərkəzi hakimiyyətin nəzarətini təmin etməyə, konstitusiya rejimini gücləndirməyə, qanunların hüquqi gücünü özünə qaytarmağa, şəxsi iradə ilə idarə etməyə son qoymağa çağırır. ADP beynəlxalq ictimaiyyəti Azərbaycanda baş verən hadisələrə diqqətlə yanaşmağa və bu ölkədə beynəlxalq hüququn tələblərinin, o cümlədən, Azərbaycanın beynəlxalq qurumlar qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə təsir göstərən effektli tədbirlər görməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA