TQDK Məleykə Abbaszadənin iztirakı ilə Naxçıvan zəhərində zona müzavirəsi keçirib

img

07-01-2010 [05:32]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yanvarın 7-də Naxçıvan şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib. Zona müşavirəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili İsa Həbibbəyli, TQDK-nın Naxçıvan regioanl bölməsinin müdiri Etibar Musayev, Komissiyanın əməkdaşları, ekspertləri, eləcə də Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz, Sədərək, Şərur rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA