2009-cu ildə mina partlayızları nəticəsində 16 hadisədə 18 nəfər yaralanıb, 4 nəfər ölüb

img

07-01-2010 [02:55]


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2009-cu ilin dekabr ayında 3 582 751 kv/m ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə məlumatı ANAMA-nın mətbuat xidməti yayıb. Verilən məlumata görə, əməliyyatlar nəticəsində 45 524 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 mütəxəssis, 115 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. ANAMA tərəfindən indiyədək ümumilikdə 121 903 509 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 576311 olub. Ötən ilin dekabr ayı ərzində 2 mina/PHS, ümumilikdə 2009-cu ildə mina/PHS partlayışları ilə bağlı 16 hadisə qeydə alınıb, nəticədə 18 nəfər zərər çəkib, 4 nəfər həlak olub. Qeyd edək ki, hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA