Elmira Süleymanova ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova məktubla müraciət edib

img

07-01-2010 [12:35]


İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova məktubla müraciət edib. Müraciət preziden İlham Əliyevin 2010-cu ili respublikamızda ?Ekologiya ili? elan etməsi ilə bağlıdır. Ombudsmanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyə verilən məlumata görə, məktubda deyilir ki, ölkə rəhbərliyinin əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini sahəsində məqsədyönlü siyasətinin uğurla həyata keçirilməsində mərkəzi icra hakimiyyəti orqanı kimi adıçəkilən nazirliyin mühüm rolu var. E.Süleymanova ETSN-lə Ombudsman təsisatı arasında sözügedən sahədə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə səmərəli əməkdaşlıq əlaqələri yaradıldığını və ölkə başçısının bu sahədə dövlət qurumlarına ünvanlanan tövsiyələrini nəzərə alaraq, ?Ekologiya ili? çərçivəsində birgə tədbirlərin həyata keçirilməsini məqsədə müvafiq hesab edərək, bununla bağlı rəy və təkliflərin göndərilməsini, Ombudsman təsisatı ilə işləyəcək əlaqələndirici şəxsin təyin olunmasını xahiş edib. Bundan əlavə, ombudsman müraciətdə insan hüquq və azadlıqlarının təmini sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə inandığını bildirərək, ekoloji qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı birgə müzakirələrin keçirilməsini, respublikanın orta və ali təhsil müəssisələrində, rayonlarında, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, habelə QHT-lər üçün hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsini, İdarəçilik Akademiyasında əlaqədar dövlət qurumlarının nümayəndələrini cəlb etməklə iki və üç həftəlik təlim kurslarının təşkilini, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə treninq-seminarların keçirilməsini təklif edib. Qeyd edək ki, ?Ekologiya ili? çərçivəsində müxtəlif telekanallarda birgə maarifləndirici verilişlərin hazırlanması, buklet, yaddaş kitabçası, plakat və digər təbliğat materiallarının çap olunması və yayılması da nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA