Bu günə kimi Azərbaycanda 2910 nəfər "donuz qripi" ilə bağlı müayinə olunub

img

06-01-2010 [12:35]


Azərbaycanda AH1N1 virusuna (?donuz qripi?) qarşı profilaktik tədbirlər gücləndirilib. Artıq bu virusa qarşı vaksinlər bu gündən ölkəyə gətirilməyə başlayacaq. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, vaksinlərin ölkəyə gətirilməsi gecikdirilə də bilər: ?Avropadakı pis hava şəraiti təyyarə reyslərinə də problem yaradıb. Bu səbəbdən mümkündür ki, vaksinlər ölkəyə sabah gətirilsin. Vaksinlər Azərbaycana bir neçə mərhələdə çatdırılacaq. İlkin mərhələdə əhalinin 2 faizi üçün nəzərdə tutulmuş 170 min doza vaksinin gətirilməsi nəzərdə tutulub". Ölkə vətəndaşlarından bu günə kimi 2910 nəfəri ?donuz qripi?nə qarşı müayinədən keçirildiyini vurğulayan Ş.Qurbanov müayinələrin davam etdirildiyini deyib: ?Bu günə kimi müayinə olunanlar arasında yalnız 14 nəfərdə ?donuz qripi? aşkar edilib. Həmin xəstələr müalicə olunub evlərinə göndərilib. Bundan sonra A(H1N1) virusu ilə bağlı xəstə qeydə alınmayıb, ancaq orta temperaturla müraciət edənlər tez-tez olur?. Məlumat üçün bildirək ki, Azərbaycanda 18 yaşına qədər olan vətəndaşlar A(H1N1) virusuna qarşı Bakı şəhəri 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında, orta və yaşlı əhali qrupu isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müayinədən keçirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA