ilham Əliyev pravoslav xristian icmasını təbrik edib

img

05-01-2010 [09:24]


Prezident İlham Əliyev pravoslav xristian icmasını təbrik edib. Təbrikdə deyilir: ?Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu ? Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularımı yetirirəm. Bu gün xristian inanclı vətəndaşlarımız, o cümlədən çoxsaylı pravoslav icması cəmiyyətimizin ayrılmaz hissəsidir və ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Əmin olduğumu bildirirəm ki, Azərbaycanın tərəqqisi və daha da çiçəklənməsi naminə vətəndaşlıq borcunuzu bundan sonra da layiqincə yerinə yetirəcəksiniz. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA