Azərbaycan Ordusunun əsgəri dünyasını dəyizib

img

05-01-2010 [02:40]


Azərbaycan Ordusunun bir əsgəri dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Daşkəsən-Gədəbəy istiqamətində yerləşən ?N? saylı hərbi hissənin əsgəri - 1976-cı il təvəllüdlü əsgər Cəfərov Yaşar Nemət oğlu ürək çatışmazlığından dünyasını dəyişib. Belə ki, o, yanvarın 3-dən 4-nə keçən gecə saat 23.30-da özünü pis hiss etdiyini bildirib. Tibb məntəqəsinə çatdırılan hərbçi gecə saat 00.25 radələrində vəfat edib. Qeyd edək ki, Yaşar Cəfərov 2009-cu ilin oktyabr ayında Qaradağ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA