Prokuror məhkəmədə ?ideal? qəzetinin baz redaktoru Nazim Quliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istədi

img

05-01-2010 [01:53]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ?İdeal? qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək N.Quliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses yanvarın 11-də vəkillərin çıxışı ilə davam etdiriləcək. Məlumat üçün bildirək ki, ittihama görə, N. Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilir. Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin 20 may 2009-cu il tarixli hökmü ilə N. Quliyev Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 147.2 (böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)) maddəsi üzrə isə ona bəraət verilib. Adıçəkilən məhkəmə prosesi ?Azəri-Türk? Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiası əsasında keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA