Havalar kəskin soyuyur; Bakıda sulu qar gözlənilir

img

05-01-2010 [01:19]


Dünəndən başlayan qeyri-sabit hava şəraiti bir neçə gün də davam edəcək. Yanvarın 6-dan isə havanın yağıntılı olacağı, Abşeron yarımadasının bəzi yerlərində yağışın sulu qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Müstəqil İnformasiya Agenliyinə verdiyi məlumata görə, yanvarın 6-da gündüz saatlarında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. Yanvarın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 5-9 isti olacaq. Yanvarın 8-də isə buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Gecə 4-6 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq. Yaxın 3 gündə Azərbaycanın rayonlarında yanvarın 6-da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bu gecə qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Sonrakı iki gündə isə qərb rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA