iki gündən sonra Azərbaycana "Donuz qripi"nə qarzı vaksinlər gətiriləcək

img

04-01-2010 [06:53]


Azərbaycana "A H1N1" virusuna qarşı vaksinlər yanvarın 6-da gətiriləcək. Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov vaksinlərin ölkəyə əvvəlcədən müəyyən olunmuş miqdarda, yəni 170 min doza həcmində gətiriləcəyini bildirib(ans). Bu da əhalinin təqribən 2 faizi üçün nəzərdə tutulub. Peyvəndlərin ilk partiyası əhalinin risk qrupuna aid olan təbəqəsinə, əsasən tibb işçilərinə, gömrük-sərhəd xidmətinin əməkdaşlarına, bronxial xəstələrə və hamilə qadınlara vurulacaq. Onun sözlərinə görə, Azərbaycanda xəstəliklə bağlı vəziyyət hələlik stabil olduğu üçün vaksinlərin göndərilməsində bir az ləngimələr yaranıb. Xatırladaq ki, Azərbaycanda 14 nəfər "donuz qripi"nə yoluxub. Onlar arasında ölüm faktı qeydə alınmayıb. Xəstələr hamısı müalicə edilərək evə buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA