Bakıda 19 yazlı qız özü-özünü ürək nahiyəsindən bıçaqlayıb

img

04-01-2010 [02:23]


Bakının Nəsimi rayonu ərazisində qanlı hadisə qeydə alınıb. 19 yaşlı Bərdə Sakini Həsənova Gülmirə Natiq qızı Novruzov qardaşları küçəsində kirayədə yaşadığı evdə bıçaq xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə aparılıb və əməliyyat edilib. Xəstəxananın məsul cərrahı Elman Tağıyev ANS PRESS-ə bildirib ki, Gülmirə Həsənova klinikaya döş qəfəsinin sol yarısının döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə daxil olub. İlkin dindirmələr zamanı Gülmirə Həsənova özü-özünə iki bıçaq xəsarəti yetirdiyini bildirib. Əraziyə nəzarət edən Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsinin əməkdaşlarına ifadəsində Gülmirə Həsənovanın anası da qızının özünü bıçaqladığını deyib. Faktla bağlı rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA