Bakıdakı "Ovçular evi"ndə yanğın baz verib; mağazada olan ov silahları və müxtəlif ov avadanlıqları yararsız hala düzüb

img

03-01-2010 [03:08]


Bu gün səhər saat 8.00 radələrində Yasamal rayonu, Mətbuat prospekti, "Ovçular evi" kimi tanınan ərazidə yanğın baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Baş verən yanğın nəticəsində 20 kvadrat metrlik ərazi yanıb, mağazada olan ov silahları və müxtəlif ov avadanlıqları yararsız hala düşüb. Yanğın baş verən saatda orada olan mağaza sahibi və bir fəhlə xəsarət alıb. Yaralılar 5 saylı şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər. Xəstəxananın növbətçi həkimi Almaz Seyidovun ANS-ə verdiyi məlumata görə, 48 yaşlı İlqar Məmmədov və Ruslan Əzizov 3-cü dərəcəli texniki alov yanığı diaqnozu ilə reanimasiyaya yerləşdiriliblər, vəziyyətləri ağırdır. Hazırda FHN-in istintaq idarəsi ərazidə araşdırma aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA