Bayram gecəsi Azadlıq prospektindəki ağacları kəsiblər

img

01-01-2010 [04:49]


Dünən Nəsimi rayonu ərazisində Azadlıq prospekti 66 ünvanında yeni tikilən hündürmərtəbəli binanın qarşısındakı səkini bəzəyən ağaclar kəsilib. Ağaclar kəsilməsində məqsəd yeni tikilən binanın birinci mərtəbəsində yerləşəcək ofisə gələn avtomobillərin daha sərbəst hərəkəti üçün şərait yaratmaq olub. Bakının mərkəzində - ABŞ səfirliyi ilə üzbəüz ərazidə ?ağac soyqırımı? həyata keçirən şəxslərə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər hansı bir tədbir görüb-görmədiyini isə bayram günü olduğu üçün öyrənə bilmədik. Ümid edirik ki, bayram günlərində sui-istifadə edərək ağacları kəsən şəxslərə qarşı ciddi tədbir görüləcək və həmin ünvanda səkiyə yeni ağaclar əkiləcək. Nəzərə almalıyıq ki, 2010-cü il ölkəmizdə ?Ekologiya ili? elan olub və Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov ağacları məhv edənlərə qarşı barışmaz mübarizə aparacağına söz verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA