Analıqdan, körpəyə qulluqdan, qadın hüquqlarından bəhs edən ?Anacan.az? portalı istifadəyə verilib

img

31-12-2009 [06:31]


31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündən yeni bir layihəyə start verildi. Layihənin tam hazır olmasa da istifadənizə verilən, analıqdan, uşaq və valideyn münasibətləri, hamiləlik dövrü, körpəyə qulluqdan, qadın hüquqları, qadını maraqlandıran mətbəx, məişət, gözəllik və istirahət mövzularından bəhs edən ?Anacan.az? ailə portalının bir çox başqa məqsədləri də vardır. Tələbə və gənc kadrlar üçün könüllü fəaliyyət sisteminin yaradılması, portalda məqalələrin yerləşdirilməsi və könüllü olaraq layihənin tədbir və aksiyalarına qoşulmaq imkanı yaratmaq nəticəsində onlar arasında mədəni, elmi və təhsil əlaqələrinin və mübadilələrinin inkişafı və genişləndirilməsini və informasiya axınını təmin etmək, eləcə də elm, təhsil, idman,turizm və mədəniyyət sahəsində dünyanın qabaqcıl inkişaf etmiş ölkələrinin təcrübəsinin öyrənilməsi və təbliği üçün könüllü fəaliyyətinə, gənc nəslin informasiya-texnologiyaları haqqında maariflənməsi, İT biliklərə marağın artırılması, İT və Media sahələri üzrə dünya standartlarını araşdırılması və yayılmasına, Azərbaycan və xarici ölkələrdə yaşayan tələbə və gənc kadrlar, eləcə də gənc ailələr arasında əlaqələndirmə funksiyasını yerinə yetirilməsinə, mövcud əlaqələndirməni genişləndirməsinə, şəbəkə yaradılmasına, Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün müxtəlif proqramlarının həyata keçirilməsinə yardımçı olmaq layihənin başlıca məqsədləridir. Hörmətli vətəndaşlar, Sizi də ?Anacan? layihəsi və onun könüllü fəaliyyət göstərən ?Anacan.az? ailə portalına birgə əməkdaşlığa dəvət edirik. Layihə çərçivəsində yaxın üç ay ərzində bir çox işlərin görüləcəyi planlaşdırılıb.Könüllü, özünü idarə edən, qeyri-kommersiya məqsədilə yaradılan ailə portalının geniş şəkildə tanıtımı, layihə çərçivəsində nəzərdə tutulan proqram və aksiyaların həyata keçirilməsi üçün hazırlıq işləri gedir. Layihə haqqında və əməkdaşlıq təklifləri ilə ?Anacan.az? ailə portalının ana səhifəsində tanış ola bilərsiz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA