Bayram günlərində havalar xoz olmayacaq

img

30-12-2009 [12:41]


Bayram günlərində ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidreloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, dekabrın 31-də Bakıda və Abşeron yarmadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Dekabrın 30-dan 31-nə keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi səhər mülayimləşəcək, günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 5-7? isti, gündüz 8-10? isti olacaq. Baş hidroloq yeni ilin ilk gününü də buludlu keçirəcəyimizi bildirib. Ancaq havanın əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6? isti, gündüz 10-12? isti olacaq. Yanvarın 2-də səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, arabir bir qədər güclənəcək. Havanın temperaturu gecə 6-8? isti, gündüz 12-16? isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 30-dan 31-nə keçən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 3-6? isti, gündüz 8-12? isti, dağlarda gecə 2? şaxtadan 3?-dək isti, gündüz 3-7? isti olacaq. Yanvarın 1 və 2-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal edilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-9? isti, gündüz 11-16? isti, dağlarda gecə 0-5? isti, gündüz 8-13? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA