Səbuhi Rəhimli: "Dekabrın 31-də Ay tutulacaq"

img

29-12-2009 [06:14]


[b]"Yalan danışmaq bədbəxtlik gətirə bilər"[/b] Dekabrın 31-də Bakı vaxtilə gecə saat 23:24 dəqiqədə 2009-cu ilin sonuncu, yəni altıncı astronomik hadisəsi - adi Ay tutulması baş verəcək. Məlumata görə, tutulmanı Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. Bəs bu kosmik hadisənin xüsusi özəllikləri nədədir, mənfi fəsadları, müsbət təsiri varmı? Bu suallara cavab almaq üçün astroloq, "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimliyə müraciət etdik. O, ilk öncə bildirdi ki, ənənəvi Şərq astrologiyasına görə, tutulma məqamında Ay Xərçəng bürcündə olacaq. Ay bu bürcdə olarkən insanlarda analıq instinkti baş qaldırır və hamı öz övladı haqqında daha çox düşünür, onun qayğısını çəkir. İnsanlar bir-birinin şəfqətinə ehtiyac duyur, bədgümanlıq hissi kəskinləşir. Bu dövrdə emosiyalar intensivləşir və rasionalizm zəifləyir. Başqalarının və özünüzün emosional təsirlərə məruz qalmaması üçün öz üzərinizdə nəzarəti gücləndirin. Bu dövrdə öz aktuallığını tez itirən işlər görmək və ümumiyyətlə, alqı-satqı ilə, ticarətlə məşğul olmaq çox uğurludur. Eləcə də ailə-mənzil qayğıları ilə məşğul olmaq, məhkəmə proseslərinə başlamaq, dənizdə və ya çayda səyahətə çıxmaq məsləhətdir. Bu dövrdə uzun sürən işlərə başlamaq, təzə evə köçmək - uğursuzluqla nəticələnəcək. Borca pul götürmək də məsləhət deyil. Səbuhi Rəhimli tutulma vaxtı səhhətlə bağlı diqqətli olmağı da tövsiyə etdi: "Bu müddətdə mədənin həssaslığı artır və buna görə də qida məmulatlarından zəhərlənmələr intensivləşir. Bir çoxlarında mədədə xoşagəlməz hisslər - ağırlıq, ağrılar və qıcqırmalar yaranır. Həmin gün spirtli içkilərdən uzaq olmaq, imkan daxilində kimyəvi tərkibli dərman preparatlarından istifadəni ixtisara salmaq lazımdır. Ay Xərçəng bürcündən keçəndə acı, yaxud ağır qidalardan istifadə etmək olmaz, daha çox mineral sular içmək lazımdır. Bu günlərdə mədəni cərrahiyyə əməliyyatından çəkindirmək lazımdır. Ayın Xərçəng bürcündə olduğu günlərdə dişlərin plomlanmasını təyin etmək olar, belə müalicə adi günlərdən daha ağrısız olur. Orqanizmin yığılmış şlak və daşlardan təmizlənməsi məqsədiylə aparılan tibbi prosedurlar üçün bu gün çox uğurludur. Hər bir təqvimin özünəməxsus numeroloji rəqəmi olduğunu söyləyən Səbuhi Rəhimli tutulma təqviminin 9 rəqəmində dayandığını söylədi. Sadə rəqəmlər arasında ən böyüyü olan 9-un ümumi uğur rəmzi olduğunu söyləyən astroloq belə davam etdi: "Bu rəqəm davamlılığı təşəbbüsə çevirir. 9 - ali təbəqə, bilik, məqsədə nail olma, arzuların həyata keçməsi rəqəmidir. 9 həm də həyat və doğulma rəqəmi hesab olunur (9 ay bətndə olma müddəti), həmçinin yeni həyata çatmadır (belə hesab olunur ki, ölümdən sonra insanın ruhu doqquz gündən sonra evi tərk edir). Bu, həmçinin məhəbbət rəqəmidir. S.Rəhimli Avesta astrologiyasında da bu təqvimin özəl yeri olduğunu dilə gətirdi: "Tutulma təqvimi əsasən gələcəyin planlaşdırılmasına və yeni ideyaların doğmasına imkan yaradacaq. Gizli qüvvələrin dərk olunması, hər kəsin öz üzərində qələbəyə və məqsədə yaxınlaşması üçün bu təqvimin böyük rolu var. Dekabrın 31-də qanunlara, rituallara və reqlamentə riayət etmək, yazılmış qaydalardan kənara çıxmamaq və nizam-intizamı qorumaq gərəkdir. İctimai, kollektiv iş üçün, yeni mənzilə köçmək, qapıları təmir etmək, torpaq sahəsi seçmək və siqnalizasiya quraşdırmaq üçün əlverişli gündür". Səbuhi Rəhimli söylədi ki, bu təqvimdə ədalət uğrunda mübarizə aparmaq, şəxsi ideyaları müdafiə etmək, həmçinin borcları qaytarmaq lazımdır. Astroloq onu da dedi ki, bu tutulma günündə yalan danışmaq bədbəxtlik gətirə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA