2009-cu il ərzində törədilən 20646 cinayətin 86 faizi açılıb

img

29-12-2009 [06:04]


Respublika Prokurorluğunda 2009-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Prokurorluğun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müşavirədə bildirilib ki, bu sahədə ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2009-cu il ərzində rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli faktlar üzrə 176 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Müşavirədə, həmçinin diqqətə çatdırılıb ki, digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsində 2009-cu ilin 11 ayı ərzində əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış qəsdən sağlamlığa az ağır zərər vurma, hədə-qorxu ilə tələb etmə, quldurluq, avtonəqliyyatın qaçırılması, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb. Törədilmiş 20646 cinayətin təxminən 86,0 faizinin açılması təmin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA