ilham Məmmədov: ?Zərərin azaldılması proqramlarının tətbiqi HiV-lə mubarizədə əhəmiyyət kəsb edir?

img

29-12-2009 [05:21]


Milli Məclisin bu ilin son günlərində keçirilən iclasında 1-ci oxunuşdan keçən HİV haqqında qanun layihəsi ilə bağlı (?İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında? müzakirələr 2010-cu ilin fevral ayında keçiriləcək iclaslarda davam etdiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən, parlamentin sosial siyasət daimi komissiyasıın üzvü, millət vəkili İlham Məmmədovun sözlərinə görə, qanun layihəsi çox diqqətlə nəzərdən keçirilib və millət vəkilləri tərəfindən dəstəklənir: ?Mən düşünürəm ki, bu qanun layihəsinin qəbulu ölkədə HİV epidemiyasına qarşı mübarizə işlərinə çox böyük təkan verəcək?. Millət vəkili ümidvardır ki, parlament üzvləri növbəti müzakirələrdə qanun layihəsinin təsdiqlənməsinə etiraz etməyəcək. İ.Məmmədov onu da bildirdi ki, bu qanun layihəsi hazırlanarkən, demək olar ki, bütün əlaqədar qurumlardan, o cümlədən, vətəndaş cəmiyyətindən gələn təkliflər nəzərə alınıb. Millət vəkilinin sözlərinə görə, qanun layihəsində nəzərdə tutulan HİV-in profilaktikasında zərərin azaldılması proqramlarının tətbiqinə dair maddə yenilikdir və bu fəaliyyətin həyata keçirilməsi HİV-lə mubarizədə əhəmiyyət kəsb edir. Millət vəkilinin fikirləriylə həmrəy olduğunu bildirən, Hüqüqi İnkişaf və Demokratiya Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Birliyinin sədri, Azərbaycan Zərərin Azaldılması Şəbəkəsinin vəkililk üzrə eksperti Zülfiyyə Mustafayevanın sözlərinə görə, adıçəkilən qanun layihəsi mükəmməl işlənib və onun qəbulu vətəndaş cəmiyyətinin hazırda həyata keçirdiyi zərərin azaldılması fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsinə təkan verəcək: ?Zərərin azaldılması fəaliyyətinin HİV-in profilaktikasında ən effektiv tədbirlər toplusu olduğu həm proqram, həm də iqtisadi baxımdan öz təsdiqi tapıb. Qanun layihəsində bu maddənin yer almasına və millət vəkillərinin də bu qanunun qəbuluna göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk. İnanıram ki, növbəti oxunuşlarda layihə elə prinsipial dəyişikliklərə məruz qalmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA