TQDK qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuz zona müzavirələri keçirir

img

29-12-2009 [01:35]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş ənənəvi zona müşavirələri keçirir. TQDK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, respublikanın müxtəlif bölgə mərkəzələrində keçiriləcək bu müşavirələrdə TQDK-nın, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif ali, orta ixtisas və orta təhsil müəssisələrinin rəhbərləri, nümayəndələri iştirak edəcəklər. Müşavirələrdə müvafiq bölgə üzrə ayrı-ayrı şəhər və rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq. Xatırladaq ki, 2009/2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili nəticəsində əldə olunmuş zəngin elmi materiallar ?Abituriyent? jurnalının 12-ci sayında dərc edilmiş və həmin nəşrin elektron variantı http://www.abıturient.az internet səhifəsində yerləşdirilmişdir. Bununla yanaşı, respublikanın bütün şəhər və rayonları üzrə 2009-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair xüsusi statistik məlumat kitabçaları hazırlanıb. Burada müvafiq bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olanların sayı, bölgənin hər bir məktəbini təmsil edən ortastatistk abituriyentin nəticələri və qəbulolma göstəriciləri öz əksini tapmışdır. Bu kitabçalar ölkənin təhsil şöbələrinə və orta məktəblərinə təmənnasız paylanacaq. Qeyd olunan materialların pedaqoji ictimaiyyət tərəfindən hərtərəfli təhlili təhsil problemləri ilə məşğul olan elm ocaqlarına, müxtəlif pillədən olan təhsil müəssisələrinə, elmi-metodik mərkəzlərə, dövlət qurumları və ictimai təşkilatlara mövcud çatışmazlıqları aradan qaldırmaq, fəaliyyətlərini daha da təkmilləşdirmək istiqamətində zəngin məlumatlar verə bilər. Bu materiallardan metodiki cəhətdən düzgün istifadə olunması tədris prosesinin səviyyəsinin yüksəlməsində də əhəmiyyətli rol oynaya bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA