"Bakıelekrtikzəbəkə" bayram günlərində gücləndirilmiz rejimdə izləyəcək

img

29-12-2009 [01:20]


?Bakıelektrikşəbəkə? ASC əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib. ?Bakıelektrikşəbəkə? bu qış ötən illərdən fərqli olaraq elektrik enerjisi təchizatı baxımından daha uğurlu keçəcəyinə əmin edib. Abonentlərdən yarana biləcək hər hansı problemlər haqqında ?199 - Qəza Xidməti?nə zəng vuraraq məlumat vermək xahiş edilir. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA