Abel Məhərrəmov Misir Mərdanovu və Əli Nağıyevi BDU-dakı vəzifələrindən çıxarmaq istəyir

img

28-12-2009 [05:37]


?Hamı çox çalışmalı, vaxtında işdə olmalıdır. Bu, işin bir tərəfidir. ?Təhsil haqqında? Qanunda və Nazirlər Kabinetinin sərəncamında müəyyən olunub ki, kafedra müdirləri əvvəlki kimi deyil, yeni konturlar çərçivəsində kafedra müdirliyi edə bilər. Onlar da səhər saat 9.00-da işə gəlməli, axşam 16.00-17.00-də işdən çıxmalıdırlar. Boş vaxtları olsa, gedib dərs deyə bilərlər. İnzibati modelə keçmişik. Əvvəllər kafedra müdirinin əsas vəzifəsi professorluq idi. Dərsini deyirdi, hərdən də gəlib kafedranın işi ilə məşğul olurdu. İndi elə deyil. Ona görə də köhnə, hərdənbir görünən adamlar bundan narazıdılar. Halbuki, biz Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin sərəncamlarını yerinə yetiririk. Sovet rejimindən ayrılmışıq, bunu bilmək lazımdır?. Bu fikirlərin müəllifi Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov kafedra müdirləri ilə bağlı yaranan problemlərə dair fikirlərini bildirərkən deyib. Bu barədə modern.az-a müshibə verən rektor bəzi yüksək çinli məmurların da qarşısına şərt qoyub. Belə ki, hazırda kafedra müdirlərindən bir qismi yüksək vəzifələrdə çalışırlar. Bu sırada Misir Mərdanov, Əli Nağıyev və başqalarının adlarını çəkmək olar. Bəs, onların aqibəti necə olacaq sualına A.Məhərrəmovun cavabı da sərt olub: ?Bu yaxınlarda məsələ ilə bağlı Nazirlər Kabinetinin ikinci sərəncamı çıxacaq. O kateqoriyadan olan adamlar ya universitetdə işləyəcəklər, ya da müəyyən sərəncamlar olacaq. Həmin sərəncam yaxın zamanlarda olacaq. Açıq deyim, sənəd Nazirlər Kabinetindədir, biz bir aydır ki, onu gözləyirik. Biz qanunla işləyirik, bu işləri özbaşına etmirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA