DAK Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il Bayramı münasibətilə tədbir keçirəcək

img

28-12-2009 [04:52]


30 dekabr 2009-cu il tarixində saat 13:00-da Bakı şəhərində ?Çanaqqala? restoranında Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü və təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü və Yeni il Bayramı münasibətilə tədbir keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə DAK-ın rəhbərliyi, DAK İdarə Heyətinin üzvləri və fəalları, ictimai-siyasi xadimlər, şairlər, musiqiçilər, milli fəallar, tələbələr və incəsənət ustaları iştirak edəcəklər. Xatırladaq ki, 1989-cu ildə imperiyaların bütün dirənişinə rəğmən yadların ayrılıq rəmzinə çevirdiyi Araz çayının sahilinə toplaşan minlərlə Azərbaycan türkü azadlıq uğrunda mübarizənin ilk işartısını verdilər. Sonralar bu mübarizə "Azadlıq" meydanında, Bəzz qalasında davam etdirildi, Azərbaycan türklüyü milli azadlıq mübarizəsinin qələbə ilə sonuclanması yolunda şəhidlər verdi, bütöv bir millətin azadlıq arzusunun reallığa çevrilməsi həm də bir şərəf və ləyaqət məsələsinə çevirildi. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası Milli Həmrəylik və Birlik Gününün təsis edilməsi barədə qərar verdi. Bu günün hər il dekabrın 31-də qeyd olunması qarara alındı. Eyni zamanda bu günün bütün Azərbaycanda qeyd olunması üçün Respublika Ali Sovetinə təklif verildi. Dekabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü kimi qeyd olunması barədə qərar qəbul etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA