QAT 2009-cu ilin yekunları ilə bağlı qətnamə qəbul edib

img

28-12-2009 [03:50]


Qarabağ Azadlıq Təşkilatı 2009-cu ilin yekunları və yeni ildə qarşıda duran vəzifələrə dair qətnamə qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qəbul olunmuş qətnamədə 2009-cu ilin yekunları ilə bağlı bir sıra məqamlar xüsusi olaraq vurğulanır. Təşkilat hesab edir ki, Minsk qrupunun həmsədr dövlətləri 2009-cu ildə Azərbaycanın təslimçi sülhə məcbur edilməsi istiqamətində səylərini gücləndiriblər. "Bu təzyiqlər ?Madrid prinsipləri? deyilən sənədin əsasında həyata keçirilib. Bu plan mahiyyət etibarı ilə ?5 rayonun müqabilində Dağlıq Qarabağa müstəqillik? niyyətinə yönəlib. Türkiyə də bu planın reallaşdırılması prosesinə cəlb olunub", deyə qətnamədə bildirilir. Bundan başqa, QAT hesab edir ki, bu il ?Xalq diplomatiyası? təşəbbüsləri ciddi şəkildə canlandırılıb. ABŞ və Rusiya ?xalq diplomatiyası? cəhdlərinə dövlət səviyyəsində dəstək veriblər. Bu təşəbbüslərdə əvvəlki dövrlə müqayisədə QHT nümayəndələri arxa plana keçib, diplomatlardan, deputatlardan və jurnalistlərdən istifadə olunmasına üstünlük verilib. Bu təşəbbüslər işğal faktının üzərindən sükutla keçməklə Azərbaycan və erməni cəmiyyətləri arasında münasibətlərin normallaşdırılmasına yönəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA