Allahzükür Pazazadə qanvermə aksiyasına qozulub

img

27-12-2009 [06:17]


Aşura günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvası ilə paytaxt Bakının yeddi məscidində və Sumqayıt şəhərində qanvermə aksiyaları təşkil olunub. Səhər saat 8.00-da başlayan aksiyada xeyli sayda insan iştirak edib. "Əjdərbəy" və "Təzə Pir" məscidlərində isə növbələr yaranıb. Qan verənlər bu aksiyanı digər dini ayinlərdən daha üstün tutduqlarını deyiblər. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı, Hacı Allahşükür Paşazadə "Təzə Pir" məscidində təşkil edilən qanvermə aksiyasına qoşulub. Qanvermə aksiyası axşam saat 18.00-ə qədər davam edəcək. Mərkəzi Qan Bankından ANS PRESS-ə verilən məlumata görə, insanların sayı daha çox olacağı təqdirdə, qanvermə saat 20.00-dək uzadıla bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA