Qapadılan ?Fatimeyi Zəhra? məscidində dini mərasim keçirilib

img

27-12-2009 [05:33]


Bu gün saat 8:30-dan etibarən Yeni Günəşli qəsəbəsi ?v? massivi, 33 ünvanında yerləşən ?Fatimeyi Zəhra? məscidi ərazisinə daxil olmaq istəyən şəxslərə polis nəzarət etməyə başlayıb. ANS PRESS-in ərazidə olan əməkdaşının verdiyi məlumata görə, polislər məscid ərazisinə heç kimi buraxmamaq barədə təlimat alıblar. Məscid ərazisinə daxilolmanın qarşısını almaq üçün əraziyə 30-35 polis əməkdaşı cəlb edilib. Saat 9.00-a qədər məscidə daxil olmaq istəyənlər polis maşınları ilə ərazidən çıxarılıblar. Saat 10.00 radələrində isə təqribən 250-ə yaxın insan zor gücü ilə məscid ərazisinə daxil olub. Əllərində bayraq tutan şəxslər "Allahu Əkbər" söyləyiblər. 10 nəfər insan isə yarımçıq tikiliyə qalxaraq əllərində olan bayraqları dalğalandırıblar. Məscidə olan axının qarşısını almaq üçün polis məscid istiqamətindəki 4 əsas yolu bağlayıb. ANS PRESS əməkdaşının verdiyi məlumata görə, məscid ərazisində 500-dən çox adam var. Əraziyə əlavə olaraq polis qüvvəlləri (100-150) cəlb edilib. Onlar məscidin qarşısında duraraq məscidə gələnlərə mane olurlar. Xatırladaq ki, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Günəşli qəsəbəsi "v" massivi 33 ünvanında yerləşən ?Fatimeyi Zəhra? məscidinin sökülməsi ilə bağlı iddiasını təmin edib. Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur. Qeyd edək ki, ?Fatimeyi-Zəhra məscidi?nin tikintisinə 1996-98-ci illərdə icazə verilib. 2002-ci ildə məscidin tikintisinə verilən icazə Bakı meri Hacıbala Abutalıbov tərəfindən ləğv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA